“Sevgililər Günü”nü kafedə qeyd edən şəxslər cəzalandırıldı
17/02/2021

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “Cənub” kafesində 15 şəxsin “14 fevral - Sevgililər Günü”nü qeyd etmələri aşkarlanıb. İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.