Səssiz varlıqlar

Arzu Məmmədli 10/06/2020

 Bizim bir çoxumuz hələ də, heyvanları insana gərək ola biləcək bir əşya və əyləncə mənbəyi kimi qəbul edirik.  Bəzən “Öz heyvanımdır, istəsəm onu incidə də, döyə də, hətta lazım gəlsə cannı da, ala bilərəm” deyə düşünürük.  Əksər hallarda biz heyvanların təbii ehtiyaclarına, instinklərinə məhəl qoymur, onlara qarşı la-qeydlik nümayiş etdiririk. Lakin, unutmaq olmaz ki, biz insanlar kimi heyvanlar da, Yaradan tərəfindən verilmiş haqlara ilk növbədə Yaşamaq haqqına malikdirlər. Heyvanlarda da emosiyalar var, insanlarda olduğu kimi onlarda da mərkəzi sinir sistemi mövcuddur; onlar da xəstələnir, ağrıyır, əzab çəkir, ac qalmağa məhkum olur, nəsil artırmaq, min illər boyu daşıdıqları instinktləri öz nəsillərinə ötürmək uğrunda mübarizə aparırlar. Qədim dünyanın ən tanınmış nümayəndələrindən biri olan yunan filosofu və riyaziyyatçısı Pifaqor heyvanlara hörmət etməyi və onlara qarşı qəddar olmamağı tövsiyə edirdi.Müasirlərinin yazdıqlarına görə İtalyan rəssamı Leonardo da Vinçi heyvanları, xüsusən də, atları çox sevirdi. O, hesab edirdi ki, heyvanlarla münasibətdə insanın əxlaqı tədricən inkişaf edəcək və bu heyvanlara qarşı zorakılıq əməllərnin qarşısını almağa kömək edəcəkdir. Da Vinçi satılan quş qəfəslərini alır və açaraq onları azadlığa buraxırdı. Heyvanlara əziyyət verənlərə pis münasibət bəsləyirdi. Leonardo da Vinçi deyirdi: “Bir vaxt gələcək heyvan öldürənə insan qatili kimi münasibət bəsləyəcəklər”. 1945-in sonunda müharibdən son¬ra heyvanların istismarı güclənir.Heyvanlar haqqında genişləndirilmiş qanunların qəbuluna baxmayaraq onların heç bir hüququ yox idi. Tədqiqatlar göstərir ki, qanunvericilik o vaxt əsasən insanların maraqlarına uyğun olaraq hazırlanırdı.  Hətta bir neçə həftə əvvəl Hindistanda filə için də bomba olan anans yedizdiriblər, və o özünü pis hiss ederək çaya gedib su içsə də qarnındakı balasını xilas edə bilməyib. Bir neçə saat sonra özü də ölüb.  Heyvanların haqqına riayət etməli, onlara mərhəmət edilməlidir. Hədisi-şərifdə, “Mərhəmət et ki, mərhəmət olunasan!” buyuruldu. Heç bir heyvana əziyyət, işgəncə etmək, suda boğaraq və ya atəşdə yandıraraq öldürmək böyük günah hesab olunur. Heyvana işgəncə etmək, qeyri-müslim vətəndaşa işgəncə etməkdən daha böyük günahdır. Qeyri-müslim vətəndaşa əziyyət etmək də müsəlmana əziyyət etməkdən daha böyük günahdır.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər