Sərt karantin rejimində fəaliyyətdə olacaq apteklərin siyahısı

Məmmədzadə Zərintac 13/06/2020

Nazirlər Kabineti yanında Operativ Qərargahdan olan məlumata əsasən,  2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq edilən sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifarişinə görə  (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.