Sərt karantin rejimi bu şəhərlər və rayonlara aiddir

Leyla Aliyeva 02/07/2020

Verdiyimiz xəbərə görə, Azərbaycanda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılır. 

Operativ Qərargahdan "Xəbərburo"ya verilən məlumata görə, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq.