Sərnişin avtobusu uçuruma yuvarlandı - 2 ölü, 15 yaralı
16/10/2021
Türkiyənin Samsun şəhərində sərnişin avtobusu 150 metr hündürlükdən uçuruma düşüb.
“XəbərBüro” “CNN Türk”ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 15 nəfər isə yaralanıb.
Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.