Sərhədçilər “Heydər Əliyev zirvəsi”ndə - Zabitlər Milli Qurtuluş günü münasibətilə zirvəyə yürüş təşkil ediblər
14/06/2020

"XəbərBuro" xəbər verir ki, Dövlət sərhəd xidmətinin zabitləri Milli Qurtuluş günü münasibətilə Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər.
Dövlət Sərhəd Xidmətinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazidən keçərək təyin olunan zirvəyə qalxıb, orada Dövlət Bayrağını ucaldıb, və himn ifa ediblər. Sonra Milli Qurtuluş Gününün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər