
Sergey Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”
21/11/2020

Rusiya Müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə, Qarabağda sülhün bərqərar olması üçün çox işlər görüləcəyini deyib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Gələcəkdə çox iş gözlənilir, bu dəfə də Qarabağda dinc bir həyat qurulacağına ümidvaram. Əlbəttə ki, əsas vəzifəmiz qan tökülməsinin qarşısını almaqdır. Bu, baş komandanımızın qarşımıza qoyduğu vəzifədir və biz bunu qətiliklə yerinə yetirmək niyyətindəyik”, - deyə o vurğulayıb.
S.Şoyqu vurğulayıb ki, baş nazirlə görüşündə Rusiya sülhməramlılarının fəaliyyəti, hərbi və hərbi-siyasi sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməyi planlaşdırır:
“Böyük bir proqramla gəldik və onu həyata keçirəcəyimizə ümid edirik”.
Müdafiə naziri Rusiyalı sülhməramlıların, 23 müşahidə məntəqəsi ilə demək olar ki, bütün Qarabağ ərazisinə yerləşdiyini söyləyib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
