Sərgən Yalçın koronavirusa yoluxdu

Esed Abasli 12/09/2020

"Beşiktaş” klubunun baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub. “XəbərBuro” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssisin test nəticəsi müsbət cavab verib.

Yalçının durumunun çox ciddi olmadığı bildirilib. Onun tədbir məqsədi ilə təcrid edildiyi açıqlanıb.

Qeyd edək ki, “Beşiktaş” sabah Türkiyə Super Liqasının ilk turu çərçivəsində “Trabzonspor”la qarşılaşacaq.