Şəmkirdə yağışlı hava yol qəzasına səbəb oldu

Svetlana Mirzəyeva 01/08/2020

Şəmkir rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.

"XəbərBuro" bildirir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "Kıraz yolu" deyilən ərazidə qeydə alınıb.

Avtomobil yağışlı hava şəraiti səbəbindən yoldan çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Şəmkir rayon sakini Leyla Vəliyeva xəsarət alıb. O, xəstəxanaya aparılıb. L.Vəliyevanın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.