Şəmkirdə su kanalında boğulma hadisəsi baş verib

Məmmədzadə Zərintac 14/06/2020

Şəmkir rayon Qılıncbəyli kəndində su kanalında boğulma hadisəsi olub.

Rayon sakini, 2002-ci il təvəllüdlü Könül Əliyev su kanalında çimərkən boğulub. 

Onun meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.