Şəmkirdə qəza hadisəsi baş verib
23/08/2020

Şəmkirdə 5 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
"XəbərBuro" xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımının ərazisində "VAZ" markalı avtomobillə yük maşınının toqquşması ilə 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
57 yaşlı Davud Orucov, 26 yaşlı İlkin Rəhimov və 12 yaşlı Tapdıq Quliyevin xəsarətləri çox ciddi olduğun üçün onlar Gəncədə xəstəxanaların birinə çatdırılıblar. Daha 2 nəfərin vəziyyəti isə normaldır.
"VAZ" markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurdu.
Fakta dair araşdırmalar aparılır.