Şəmkirdə minik avtomobili yanıb

Svetlana Mirzəyeva 16/08/2020

Şəmkir rayon Zəyəm qəsəbəsində minik avtomobili yanaraq yararsız hala düşüb.

“XəbərBuro"-nun "Report"-a istinadən verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mobil Telman oğlu Mərdanova məxsus QAZ-24 markalı avtomobil hələ ki, dəqiq məlum olmayan səbəbdən yol kənarında olan zaman alışıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın söndürülsə də avtomobil yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.  

Fakta bağlı araşdırma başlanılıb.