Şəmkirdə gənc oğlan bıçaqlanıb

Məmmədzadə Zərintac 20/06/2020

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Xəbərburo" xəbər verir ki, Qərb Mərkəzindən olan məlumata görə, 15-16 yaşlı gənc oğlan (şəxsiyyəti müəyyənləşdirilir-red) bıçaq xəsarəti alıb.

O, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Yaralının Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulur.

Hadisə barədə araşdırmalar davam etdirilir.