Şəmkir RİH başçısı növbəti onlayn müşavirə keçirdi.

Esed Abasli 03/05/2020

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.

"XƏBƏRBURO" xəbər verir ki, müşavirədə dünyada sürətlə yayılan pandemiyadan əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub.

İcra başçısı bildirib ki, yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycanda karantin rejiminin müddəti Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən may ayının 31-nə kimi uzadılıb.

Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Bütün bunları nəzərə alaraq Şəmkir rayonu ərazisində infeksiyanın yayılmaması üçün qaydalara uyğun olaraq çevik və sistemli tədbirlər davam etdirilməli, sosial izolyasiya qaydaları bütün sahələrdə qorunmalı, qabaqlayıcı tədbirlər xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

Vidokonfransda bildirilib ki, rayon sakinlərinin həyat və sağlamlıqlarının qorunması üçün sanitar-epidemioloji vəziyyət nəzarətdə saxlanılmalı, mütamadi təmizlik və dezinfeksiya işləri aparılmalı, şəhər, kənd və qəsəbə ərazilərində xüsusi karantin rejiminin tələbləri daim diqqətdə saxlanılmalı, xüsusi qayğıya ehtiyac olan vətəndaşlar, əsasən də 65 yaşdan yuxarı olanların yaşadığı ailələr nəzarətə götürülməlidir.

İcra başçısı bildirib ki, bu gün bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.

Dövlət başçısının gördüyü qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Ardıcıl verilə sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır.

Videokonfransın sonunda Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevi qəbul edən zaman dövlət məmurlarına verdiyi tapşırıqlarla bağlı müzakirələr aprılıb, hər kəsin bu tapşırıqları rəhəbər tutaraq Vətənə, dövlətə, millətə layiqli xidmət etmələrilə bağlı ciddi göstərişlər verilib.