"Semaşko" koronavirus xəstələri üçün ayrıldı

Röya Vahabova 17/06/2020

1 saylı Kliniki Tibbi Mərkəzin bütün şöbələri fəaliyyətini koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.

"Xəbərburo" bildirir ki, TƏBİB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib: “Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.