"Selta"dan böyük qələbə

Məmmədzadə Zərintac 21/06/2020

İspaniya çempionatının 30-cu turunda “Selta” “Alaves”i 6:0 hesabı ilə məğlub edib.
"Xəbərburo" xəbər verir ki, Rafinya dublla, Yaqo Aspas və Nolito penalti zərbələri ilə, eləcə də Ceyson Murilyo və Santi Mina hərəyə bir qol vurmaqla fərqlənə biliblər.
Bu matçdan sonra “Selta” 30 xalla turnir cədvəlində 16-cı yerə yüksəlib, “Alaves” isə 35 xalla 13-cü yerə enib.
İspaniya çempionatı. I liqa
30-cu tur
“Selta” – “Alaves” - 6:0 (4:0)
Qollar: Murilyo, 14 (1:0). Aspas, 20 – penaltidən (2:0). Rafinya, 40 (3:0). Rafinya, 41 (4:0). Nolito, 78 – penaltidən (5:0). Mina, 86 (6:0).