Səlcuq Bayraktar: “Ukraynanı dəstəkləyirəm”

Mükafat İsazadə 25/02/2022

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün tviter hesabında Ukraynaya dəstək verib.


“XəbərBüro "xəbər verir ki, o Rusiyanın Ukraynaya hücumunu pisləyib.


“Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm.


İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, - Bayraktar sosial şəbəkə hesabında yazıb.