Şəkil çəkdirmək istəyən qız faciəvi şəkildə öldü

Esed Abasli 28/04/2020

Antalyada 35 metr yüksəklikdən yıxılan gənc qadın həyatını itirib.

"XƏBƏRBURO" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimliyi məlum olmayan qadın şəkil çəkdirmək üçün parkdakı yüksəkliyə qalxıb.

İddiaya görə, müvazinətini itirən qadın 35 metr hündürlükdən yıxılaraq dənizə düşüb. Onun cansız bədəni sudan çıxarılaraq limana gətirilib. Adı hələlik bilinməyən qadının fotoları çəkilərək morqa götürülüb.

Gənc qadının rəfiqəsi ifadə vermək üçün polisə aparılıb. Baş verən hadisəylə bağlı araşdırma başladılıb.