Şəhidlərimizdən birinin adı məlum olub
12/07/2020

Bildiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, şəhidlərdən biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində dünyaya gəlib.
Şəhid gizirimizin nəşi hələ ki, doğulduğu kəndə gətirilməyib.
Vurğulayaq ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var.