Şəhidin bibisinin evinə düşmən mərmi atıb

Məmmədzadə Zərintac 17/07/2020

16 iyulda səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri növbəti dəfə cəbhənin Tovuz istiqamətində təxribata əl atıb. Düşmən iriçaplı silahlardan və minaatanlardan istifadə edərək Tovuzun yaşayış kəndlərini atəşə düşüb.

"Xəbərburo" xəbər verir ki, Ermənilərin atdıqları mərmilərdən biri də kənd sakini Arif Məmmədovun həyətinə düşüb. Nəticədə onun fərdi təsərrüfatına və evinə ciddi zərər dəyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Tovuzda baş verən döyüşlərdə şəhid olan Baş əsgər Elşad Məmmədov Arif Məmmədovun qaynı oğludur.