Şəhidimiz yaxın günlərdə ata olacaqdı...
14/07/2020

Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur.
“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, şəhid Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya gəlib.
Yaxınlarının məlumatına görə, 8 ildir ailəli olan Y. Babayev övlad sahibi olmaq istəyirdi. Lakin, şəhid gizirə yaxın günlərdə dünyaya göz gələcək övladını görmək nəsib olmadı.