Şəhidimiz Nazim İsmayılov torpağa tapşırılıb

Məmmədzadə Zərintac 16/07/2020

Bildiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

“Xəbərburo" xəbər verir ki,  döyüşlərdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. 1996-ci il təvəllüdlü şəhidimizin cənazəsi Ağstafada izdihamla qarşılanıb. Şəhid Nazim İsmayılov dünyaya gəldiyi Korxəlifəli kəndinin qəbiristanlığında dəfn edilib.

Dəfndə  Ağstafanın icra başçısı Seymur Orucov, millət vəkilləri Qənirə Paşayeva, Səməd Seyidov iştirak ediblər. Qeyd edək ki, Nazim İsmayılov ailənin üç övladından biridir. Onun qardaşı da hazırda hərbi xidmətdədir. 24 yaşında olan şəhidimiz subay idi.