Şəhidimiz Emin Bağırov

Esed Abasli 12/09/2020

"XəbərBuro" məlumatı təqdim edir.

Emin İmran oğlu Bağırov (d. 15 iyul 1996BakıAzərbaycan - ö. 4 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. MMA və Uşu Sanda idman növü ilə məşğul olub.

Emin Bağırov 2014-cü ildə Bakıda 182 nömrəli məktəbi bitirib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd versə də, bu sınaqda qalibiyyət qazana bilmədi. Elə həmin ilin oktyabr ayının 8-də hərbi xidmətə yola düşdü.

2010-cu ildə Türk dünyasında yeni qəhrəmanlıq dastanı yazan Mübariz İbrahimov torpaqlarımızdakı düşməninin bir bölük əsgərini məhv edəndən sonra, Eminin hərbiyə marağı daha da artmışdı. Mübariz İbrahimov uşaqlarımıza danışdığımız nağıl qəhrəmanlarının canlı obrazını yaradaraq, Türk dünyasının əfsanə qəhrəmanı oldu. Adını qəhrəmanlıq səhifəmizə qızıl hərflərlə yazdı. Mübarizin şəhadətindən sonra gənclərimizdə vətənpərvərlik hissləri birə-beş çoxaldı. Və hər ailədə yeni mübarizlərimiz doğuldu, onun qəhrəmanlığının şahidi olan oğlanlarımız isə o ideallarla yaşadı. Hər bir oğul MÜBARİZ olmaq istədi.

Emin gözünü dünyaya açandan evdə babasından, atasından, nənəsindən, əmilərindən vətənpərvərlik dərsləri almışdı. Hər gün böyüklər namaz üstə olanda “Vətənimizin torpaqlarını özümüzə qaytarmaq üçün oğullarımıza güc ver”, “Vətəni sevmək imandandır” sözlərini eşitmişdi. Uşaq vaxtından qardaşlarının da, özünün də ən sevdiyi oyuncaqlar avtomat, tank, pulemyot idi. Üzlərinə Azərbaycan Bayrağının şəklini çəkib döyüşə gedən əsgərlər misalı sıra düzülüşü edər, bir-biri ilə dava-dava oynayardılar. Beləcə Vətəni sevməyi, onun sərhədlərini qorumağı öyrəndilər.

Emin Bağırov 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.