Şəhidimiz dəfn olunub

Məmmədzadə Zərintac 13/07/2020

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu son mənzilə yola salınıb. 

“Xəbərburo” xəbər verir ki, 2002-ci il təvəllüdlü əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

Bildirək ki, Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, yaralılar var. Qarşı tərəf də itki verib.