Şəhid övladlarına Rus icması tərəfindən hədiyyələr verildi

Esed Abasli 28/12/2021


"XəbərBüro" bildirir ki,31 dekabr yeni il və Dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə Səbail rayon Rus icmasının təşkilatçılığı ilə Səbail bələdiyyəsinin inzibati binasında şəhid ailələri görüş keçirilib, şəhid övladlarına hədiyyələr verilib. 

Tədbirdə Səbail rayon Rus icmasının sədri Nina Viktorovna  çıxış edərək Səbail rayonunun şəhid ailələrinə baş salığı verib, Azərbaycanın qazandığı zəfərdən danışıb, Rus icmasının sədr müavini, xeyriyyə şöbəsinin rəhbəri Maria İvanov Azərbaycanda yaşayan Rus dilli xalqların birliyindən, Vətən müharibısindı şəhid olan rus əsilli Azərbaycan vətəndaşlarının fədakarlığından bəhs edib.

Səbail bələdiyyəsinin sədri Hacı Əliyev qarşıdan gələn  yeni il və dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Rus icmasının şəhid ailələrinə  xüsusi diqqət və qayğılarından dolayı minnətdarlığını bildirib.

Görüşdə Yeni İctimai nəzarət şurasının Bakı regional üzrə sədri, Vətən müharibəsi şəhid atası Mizəağa Ağayev şəhid ailələrinə göstərilən diqqət qayğıya görə minmətdarlığını bildirib. 

Şəhid ailələri Rus icmasına təşəkkür edib, sonda xatirə şəkili çəkilib.