Şəhid övladları “Xudayar təsnifi”ni Şuşada oxudu

Aynur 24/09/2021

“Mənim atam qəhrəmandır” layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş şəhid gizir Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

“XəbərBüro” xəbər verir ki, şəhid övladlarının könüllülərlə birlikdə “Xudayar təsnifi”ni oxuması hər kəsi kövrəldib.

Sonra X. Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə, Şuşa dağlarına gülab səpdilər, dualar oxuyublar.