Şəhid gizirimizin bugün qız övladı doğulub
16/07/2020

14 iyul səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin bu gün qız övladı dünyaya göz açıb.
“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, bu məlumatı şəhidin yaxınları verib. Söyləyiblər ki, şəhidin qızına Narın adı verilib.
Xatırladaq ki, Y. Babayevin 8 il övlad arzusu olub.