Şəhid əmanətinə yardım: Baku TV-nin çağırışı cavabsız qalmadı

Mükafat İsazadə 19/02/2021

Xəbər verdiyimiz kimi, Baku TV bir neçə gün öncə küçələrdə salfet sataraq ailəsinə kömək edən Əli Həbibovun evində olub.


"XəbərBüro" məlumat verir ki, Əlinin evi maşının yük daşınan hissəsidir. O, bu evdə anası və bacısı ilə birgə yaşayır. 


Bir neçə il öncə Əli Quliyev Şəhriyarla tanış olur. Şəhriyar bu ailəyə kömək olub, hər ay onların ziyarətinə gəlib. 


Quliyev Şəhriyar Nəsib oğlu 44 günlük vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biridir. 


Baku TV-nin çəkilişindən sonra adının çəkilməsini istəməyən bir şəxs Əlinin yaşadığı yerdə olanlara ev tikdirir.