Şəhid atası koronavirusdan vəfat etdi

Esed Abasli 19/12/2021

Vətən müharibəsi şəhidi, baş leytenant Hikmət Səfərovun atası İldırım Səfərov vəfat edib.


"XəbərBüro" bildirir ki,şəhid atası oğlunun il mərasimindən bir gün sonra, dekabrın 9-da koronavirusa yoluxub və onun həyatını xilas etmək mümkün olmayıb.

İldırım Səfərov vaxtilə Ağdam rayon Yusifcanlı kənd məktəbinin direktoru olub.


Qeyd edək ki,İldırım Səfərovun oğlu ötən ilin dekabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant uzun müddət komada qalmışdı. Ötən ilin dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşmuşdu.


H.Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət etsin!