Şəhid anası koronavirusdan vəfat etdi
23/09/2021

Vətən müharibəsində şəhid olan MAXE Ruslan İmanquliyevin anası Ramiyə Səfərova dünyasını dəyişib.
"XəbərBüro" məlumata görə, o, ötən gün koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, R.İmanquliyev Vətən müharibəsi zamanı oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
R.İmamquliyev Ramiyə Səfərovanın yeganə övladı idi.