Səhərki döyüşlərdə polkovnik də şəhid olub
14/07/2020

Bildirdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı general-mayor Həşimov Polad şəhid olub.
“Xəbərburo”nun məlumatına görə, onunla yanaşı polkovnik İlqar Mirzəyev də qəhrəmancasına şəhid olub.
Bu barədə xəbəri jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təsdiqləyib.