Səfərbərlik Xidmətində qeydə alınanların sayı açıqlanıb

Məmmədzadə Zərintac 16/07/2020

“Dünən Prezidentin çıxışından sonra təqribi 4000-ə yaxın vətəndaş qeydə alınıb. Bu proses bu gün də davam etdirilir”.

“Xəbərburo" xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov brifinqdə söyləyib. Bildirib ki, əgər hər hansı səfərbərlik olduqda hərbi hisslərdən daxil olmuş sifarişlər əsasında onlar hazırlanaraq toplanış məntəqələrindən hərbi hissələrə göndərilir: “Hərbi hissələr bu gün sülh üçün tam komplektləşdirilib. Müharibə dövrü üçün xidmət tərəfindən bütün tədbirlər görülüb. Əgər zərurət yaranarsa bu tədbirlər həyata keçirilə bilər.

Bu gün sosial şəbəkələrdə belə fikir formalaşır ki, gənclər könüllü şəkildə iştirak etməklə bağlı xidmətə müraciət edirlər. Hər bir halda bizə müraciətlər olub. Biz qanunvericiliyi onlar izah edib çatdırmışıq. Bildirmişik ki, kimə təlabat varsa onlar müxtəlif hərbi hissələrə göndərilə bilər. Bir çoxu bildirir ki, biz istəyirik döyüşə gedək, ancaq bizi qeydiyyata almırlar. Hərbi vəzifəlilərin və digər vətəndaşlar hamısının qeydiyyatı bizdə var”.