"Səbail" - "Keşlə" oyununda hesab açılmayıb

Məmmədzadə Zərintac 14/08/2020

2020/2021 mövsümünə hazırlıqlarını davam etdirən "Keşlə" və "Səbail" komandaları yoxlama oyunu keçiriblər.

"XəbərBuro" xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutmuş qarşılaşma qolsuz bitib.

Bu komandaların Qəbələ toplanışındakı duelində "dənizçilər" rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.

"Keşlə"  əvvəlki digər yoxlama matçlarında "Qarabağ"a (1:3, 0:4) uduzub, "Zirə"yə qalib gəlib - 1:0. "Səbail" isə "Qəbələ"ni 2:1 hesabı ilə qalib gəlib.