Səbail bələdiyyəsində onlayn iclas keçirilmişdir.-FOTO

Esed Abasli 05/05/2020


"XƏBƏRBURO" Səbail Bələdiyyəsinə istinadən xəbər verir ki,5may 2020-ci il tarixində Səbail bələdiyyəsində onlayn iclas keçirilmişdir. İclası giriş sözü ilə açıq elan edən Səbail bələdiyyəsinin sədri Hacı Əliyev gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra sədr Hacı Əliyev hal-hazırda Azərbaycan Respublikası eyni zaman da Səbail bələdiyyəsi ərazisində covid-19 tipli koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər,dezinfeksiya işləri barədə məlumat vermişdir. Sədr çıxışı  zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qoşulmama hərəkatının zirvə görüşündə gözə görünməz düşmənə qarşı Azərbaycan dövlətinin mübarizəsini, xalqın sosial rifahının yaxşılaşdırılması ilə bağlı addımları dəstəklədiyini, Səbail bələdiyyəsi olaraq ölkə başçısının tələb və tövsiyələrinə həyata keçirilməsi, həssas təbəqədən olan əhaliyə göstərilən yardımlar barədə məlumat vermişdir. Daha sonra gündəlik olan digər  məsələlər barədə Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov, Komissiya sədrləri Manaf Talıbov və Qurban Abbasov məlumat vermişdir. Bələdiyyə üzvlərinin fikri dinlənilmiş, müzakirələrdən sonra gündəlikdə olan məsələlər səsverməyə qoyulmuşvə yekdilliliklə qəbul olunmuşdur. Iclasın sonunda , komissiya sədri Manaf Talıbovun təklifi ilə koronavirusa qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, virusun yayılmasının önlənilməsi, əhalinin bir yerə toplaşmasının qarşısını alınması məqsədiylə bir sıra qərarlar qəbul olunmuşdur. Qərərda bildirilir ki, yaxın günlərdə Səbail bələdiyyəsi ərazisində yaşayan əhaliyə daha effektiv xidmət göstərmək üçün “qaynar xətt” yaradılacaq və bunun nəticəsində vətəndaşların qəbulu onlayn olaraq həyata keçiriləcəkdir. Sonda  Sədr iclas iştirakçılarına təşəkkür edərək onları evdə qalmağa, Nazirlər kabineti yanında operativ qərərgahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.

Bakı 5 may 2020-ci il.