Şarl Mişel və Vladimir Putin Belarusdakı vəziyyət haqda danışıblar

Məmmədzadə Zərintac 20/08/2020

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Rusiya və Prezidenti Vladimir Putin Aİ-nin Belarus üzrə fövqəladə sammitinin yekunları ilə bağlı telefonla danışıblar.  “XəbərBuro”  xəbər verir  ki, bu haqda Avropa İttifaqının Mətbuat Xidməti məlumat yayıb.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə Aİ-nin avqustun 19-da baş tutan Belarus üzrə sammitinin yekunlarına dair telefon danışıqları keçirdi”, - Mətbuat Xidmətindən söyləyiblər.

Çərşənbə günü Aİ-nin Belarus üzrə videokonfrans formatında fövqəladə sammiti olub. Aİ-nin 27 ölkəsinin liderləri,  Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqının sədrləri üç saata yaxın baş tutmuş videokonfrans zamanı yekun bəyanatı razılaşdırıblar.