Samuxda avtomobil qəzası olub

Svetlana Mirzəyeva 16/08/2020

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“XəbərBuro"-nun "Report"-a istinadən verdiyi məlumata görə, rayonun İnstitut qəsəbəsində “Mercedes” markalı avtomobil kombayna çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və onun sərnişini, 1998-ci il təvəllüdlü Ləman Süleymanzadə hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.