Samux yarımstansiyasında qəza baş verib

Məmmədzadə Zərintac 20/07/2020

Samux rayonunda bədbəxt hadisə olub.

"Report”a əsasən "Xəbərburo" xəbər verir ki, hadisə Ziyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1962-ci il təvəllüdlü İslam Əlinağı oğlu Bayramov çalışdığı yarımstansiyada görülən təmir işləri zamanı yaranmış qısaqapanma səbəbindən yanıq xəsarətləri alıb.  

Yaralı əvvəl Samux Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.