Samsung Çindəki sonuncu kompüter istehsal zavodunu da bağladı

Röya Vahabova 01/08/2020

Samsung şirkəti dünyanın ən böyük ikinci iqtisadiyyatına malik olan Çindən yavaş-yavaş çəkilir. Beləki şirkət Çində yerləşən Suzhou zavodunun da istehsalını tamamilə dayandırdı. Burda təxmin edilən səbəblər bunlardır ki, koronavirus pandemiyası, ABŞ-Çin iqtisadiyyat müharibəsi və ölkədə artan işçi maaşları Çinin Samsung üçün olan marağının itməsinə gətirib çıxarıb.

"Xəbərburo" bildirir ki, Raportlara görə Suzhou zavodunun istehsal səviyyə ilbə-il azaldılırdı. 2012-də 4.3 milyard dollar gəlir gətirən zavod 2018-də sadəcə 1 milyard dollar gəlir əldə edə bilmişdi. Samsung rəsmiləri çıxarılan işçi sayı, gəlir və xərclər haqqında danışmaqdan boyun qaçıraraq Çin bazarının onlar üçün hər zaman önəmli olduğunu və şirkətin bu bazara yatırımlar edəcəyini vurğuladı. Qeyd edək ki, Samsung Çində yerləşən özünün sonuncu smartfon istehsal zavodunu da keçən il bağlamışdı.

        İndi isə təxminlərə görə Samsung şirkəti başqa bazarlara yönələcək. Çində Samsung smartfonlarının satış payı 1%-ə qədər gerilədiyi üçün şirkət Vyetnama yönəldi. Həmçinin Hindistanda da çox önəmli Samsung zavodları yerləşir. Bunlara uyğun olaraq da yatırımlar bu ölkələrdəki zavodlara ediləcək. Samsung şirkətinin ən önəmli istehsal zavodları İndoneziya, Koreya, Hindistan, Braziliya və Vyetnamda yerləşir.