
Samir Şərifov: “Bu qətnamə Azərbaycan və Fransa arasında uzun illərdir qurulmuş əməkdaşlığa ciddi qəsddir”
27/11/2020

“Erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən Fransa Senatının Rəyasətinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ilə bağlı təqdim olunmuş qətnamə layihəsinin noyabrın 25-də müzakirə edilərək Senat tərəfindən qəbul olunmasını kəskin pisləyir, bu təxribatçı addımı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına, Qarabağda sülhün deyil, müharibənin yenidən alovlanmasına rəvac verən və heç bir hüquqi əsası olmayan hərəkət kimi qiymətləndirirəm”. ''XəbərBuro'' xəbər verir ki,Bu barədə “Report”a Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, Maliyyə naziri Samir Şərifov Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib. S.Şərifov əlavə edib: “Fransa Senatı bu bədnam qətnaməni qəbul etməklə beynəlxalq hüququn təməl prinsiplərini, BMT Nizamnaməsini və Fransanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini heçə sayır, Fransa Respublikasının Cənubi Qafqaz regionu üzrə əsas iqtisadi-ticarət tərəfdaşı olan Azərbaycan Respublikası ilə uzun illərdən bəri siyasi, iqtisadi, ticarət, mədəni, təhsil və digər sahələrdə qurulmuş çoxşaxəli əməkdaşlığa, fransız biznes dairələrinin Azərbaycandakı maraqlarına ciddi qəsd etmiş olur və gələcəyini böyük sual altına qoyur”.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
