Salyanda qadın əri tərəfindən bıçaqlanıb

Leyla Aliyeva 29/07/2020

"Xəbərburo" xəbər verir ki, hadisə Salyan rayonun Kürsəngi kəndində baş verib.

Kənd sakini 1988-ci təvəllüdlü Kərimov Məcid həyat yoldaşı Aysel Kərimovanı aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb. Ağır xəsarətlər alan qadın Salyan rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.