Salyanda ev yanıb

Məmmədzadə Zərintac 10/09/2020

Salyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

"XəbərBuro" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən olan məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri söndürüblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.