Salyanda avtomobillər toqquşdu
03/08/2020

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Xəbərburo"nun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə “Daewoo” markalı minik avtomobilinə, daha sonra isə “Toyota Prado” markalı minik avtomobilinə çırpılıb.
Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.