Salyan və Ağstafa rayonlarında avtomobil yanıb

Məmmədzadə Zərintac 13/08/2020


Salyan və Ağstafada avtomobil yanıb.

"XəbərBuro" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən olan məlumat əsasında, Salyan rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb,  avtomobilin qalan hissəsi yanğından xilas edilib.

Ağstafa rayonunun Xətai kəndində isə "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb,  avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğını yanğından mühafizə bölmələri söndürə biliblər.