Salman ben Adbel Əiz əl-Səud xəstəxanaya yerləşdirilib

Məmmədzadə Zərintac 19/07/2020

Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.

“Xəbərburo"  xəbər verir ki, bu haqda Səudiyyə mətbuatı məlumat bildirib.

Agentliyin məlumatı əsasında, krala öd kisəsi iltihabı diaqnoz qoyulub. Salman ben Adbel Əiz əl-Səudun 84 yaşı var.

Vurğulayaq ki, o, qardaşı Abdullanın ölümündən sonra kral olub.

Ötən il KİV kralın insult və onurğasında ağır əməliyyatı keçirdiyini xəbər verib.