Sakinlər kinoteatrların açılmasını gözləyir
Fəxriyyə Qüdrətli 12/06/2020

"Xəbərburo" xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, martın 14-dən ölkə üzrə bütün kinoteatrların fəaliyyəti dayandırılıb. Kinoteatrların pandemiyadan sonra tamaşaçıları zallara qaytarmaq problemi ilə üz-üzə qalacaqları gözlənilsə də, filmlərə məhz böyük ekranda baxmağı sevənlər kinoteatrların açılacağı günü səbrsizliklə gözləyirlər. Elə “CinemaPlus” da yaxın vaxtlarda Xəzər dənizinin sahilində - “Dəniz Mall” ticarət mərkəzində ölkənin və Qafqazın ən böyük “CinemaPlus” kinoteatrı və ən son 4DX texnologiyasını tamaşıçılara təqdim edəcək.
Həmçinin, tezliklə “CinemaPlus” ölkədə bir ilkə imza ataraq, tamaşaçılar üçün maraqlı sürpriz hazırlayır. Xüsusi AvtoCinema kinoteatrı açılacaq. AvtoCinema – xüsusi parkinqə malik olan, açıq havada avtomobildə FM radio tezliyinə qoşularaq, böyük ekranda filmə baxmaq imkanı yaradacaq və izləyicilər avtomobildən çıxmadan popkorn və alkoqolsuz içkiləri əldə edə biləcəklər.