Şahmar Mövsümov kartı bloklanan şəxslərdən danışıb

Məmmədzadə Zərintac 08/08/2020

"Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur".

"XəbərBuro" xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Şahmar Mövsümov 190 manatlıq birdəfəlik yardım verilən və pulu çıxarmadığı üçün kartı bloklanan şəxslərdən danışıb:

"Biz ehtimal edirdik ki, 190 manatlıq yardıma həqiqətən ehtiyacı olan şəxslər pulu həmin dəqiqə xərcləyəcəklər.  Amma bir çox şəxs həmin puldan heç 1 manat da nağdlaşdırmayıb, xərcləməyib. Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur. Həmin 190 manatı isə dövlət daha yararlı sahəyə xərcləyir".