Şahmar Mövsümov: "insanları evdə saxlamaq istəmirik"

Svetlana Mirzəyeva 08/08/2020

İyulun 26-sı radələrində Azərbaycanda koronavirusa yoluxmada artım qeydə alınıb”.

“XəbərBuro" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bu, iyulun 13-də insanların kütləvi şəkildə küçəyə çıxması, maskasız hərəkət etməsi, məsafə saxlamaması ilə izah oluna bilər. Amma artım trendi davam etməyib, bu da yəgin ki, karantin rejimi ilə bağlıdır. Bundan 2 nəticə çıxır. Kütləvi yığıncaqlarda yoluxma riski artır və karantin rejimi işə yarayır. Amma insanlar sona qədər riskləri dərk etmir. Kafe və restoranlar, mağazalar açılmasa da, insanlar bir yerdə toplaşaraq maskasız, arxayın gəzir. Bu, çox davam edə bilməz və bağlanma ilə nəticələnəcək. Biz insanları evdə saxlamaq istəmirik, istəyirik ki, hamı işləsin, təhsilinə davam etsin, amma gəlin sıxlıq yaratmayaq, maska taxaq”, - deyə o, qeyd edib.