Şahmar Mövsümov: " Gələn həftə brifinqdə tədrislə bağlı bütün suallara cavab veriləcək"

Məmmədzadə Zərintac 08/08/2020

"Tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır".

"XəbərBuro" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Şahmar Mövsümov söyləyib.

O deyib ki, məktəblərin açılmasına dair hökumət həftələrdir müzakirə aparır: "Biz dünya təcrübəsinə də baxırıq, amma hazır bir resept yoxdur. Bu sahədə vəziyyət çox ciddi və dinamikdir. Çünki bugünkü statistikaya görə qərar veririk, növbəti həftə yoluxma sayı arta bilir. Buna görə də tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır. Gələn həftə brifinqdə tədrislə bağlı bütün suallara cavab veriləcək".