Sahibinin dediklərini 9 dilə tərcümə edən maska

Leyla Aliyeva 16/08/2020

Yaponiyanın “Donut Robotiks” şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

"XəbərBuro” xarici KİV-ə istinadən bildirir ki, “C-Face” adlanan bu maska həm sahibi virusdan qoruyur, həm də onun dediklərini 9 dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. 

“Bluetooth” vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb. Qiyməti təqribən 40 dollar təşkil edir.

Qeyd edək ki, “Donut Robotiks” şirkəti bir neçə ildir ki, “Haneda” beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.