Sahibi ilə birlikdə it də karantinə salındı

Esed Abasli 17/04/2020

Sahibi ilə birlikdə it də karantinə salındı

Tailanddan Rusiyaya qayıdan kişi iti ilə birlikdə karantinə alınıb.

XƏBƏRBURO məlumat veriki,  heyvan iki həftə sahibi ilə birlikdə İrkutsk əyalətinin Şeloxov şəhərində sığınacaqda qalacaq. Sahibinə itlə gəzmək qadağan olunub. Karantin qaydalarını pozacağı təqdirdə kişini 4 000 rubl (109,6 AZN) cərimə gözləyir.

Onun aprelin 15-də Banqkokdan gəldiyi bildirilir.

Qeyd edək ki, heyvanlardan koronavirusa yoluxma ola biləcəyi barədə hələ ki, dəqiq məlumat yoxdur, bununla belə, risk istisna edilmir.